Dünya

Qadınların stadiona girişinə icazə verildi

  • 30 Oct 2017
  • 272 baxış

Səudiyyə Ərəbistanı 3 şəhərdə qadınların idman yarışlarını izləməsinə icazə verib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Riyad, Ciddə və Damman şəhərlərində yerləşən stadionlarda təşkil olunan idman yarışlarına qadınların ailələri ilə birlikdə girişinə icazə veriləcək. Buna qədər isə ancaq kişilər yarışları izləyə bilirdi.

Bu qərar, Səudiyyə Ərəbistanında qadınlara azadlıq vermək üçün son addımlardan biridir. Sentyabr ayında qadınların maşın sürmələrinə icazə verilmişdi. 

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR