idman

Samirin "Fakel"i qalib gəldi

  • 30 Oct 2017
  • 259 baxış

Futbol üzrə Rusiya 1-ci divizionunda 20-ci turun oyunları keçirilib.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi "Fakel" də növbəti matçına çıxıb. Voronej təmsilçisi səfərdə Yaroslavl "Şinnik"i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Samir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 41-ci dəqiqədə əvəzlənib.

"Fakel" geridə qalan turlarda topladığı 19 xalla 20 klub arasında 16-cı pillədə qərarlaşıb.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR