idman
"Napoli"nin futbolçusu Braziliya millisini seçdi
"Napoli"nin yarımmüdafiəçisi Jorjinyo Braziliya millisində oynamaq qərarına gəlib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, fövqəladə bir şey olmasa, "pentakampeonlar"ın baş məşqçisi Tite onun adını 2018-ci il dünya çempionatının iştirak ərizəsinə daxil edəcək. 56 yaşlı mütəxəssis bir neçə dəfə onun oyununa baxıb.
Jorjinyo Braziliyada anadan olub. 25 yaşlı havbek 2016-cı ildə İtaliya millisində 2 oyun keçirib. Bunların hər iki yoldaşlıq görüşü olduğundan futbolçu milli komandasını dəyişdirmək hüququnu itirməmişdi. "Scuadra Azzurra"nın yeni çalışdırıcısı Campiero Ventura ona etimad göstərmir və millinin düşərgəsinə dəvət etmir.
XalqTV.com
RƏYLƏR