idman
Məşhur baş məşqçi "Allahın düşməni" elan edilib
Fransa millisinin baş məşqçisi Didye Deşam İŞİD terror təşkilatı tərəfindən təhdidə məruz qalıb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, qruplaşma 49 yaşlı mütəxəssisi "Allahın düşməni" elan edib və öldürməyə çalışacağını bildrib. İŞİD-ə yaxın "Wafa Media Foundation" saytı Deşama aid məqaləsində buna toxunub. Saytda Deşamın məhbus geyimində şəkli və arxada ona silah tuşlamış terrorçu təsvir olunub.
"Biz hücuma və həyatınızı puç etməyə davam edəcəyik" - qruplaşma insanları hədələyib.
Bundan öncə İŞİD Messinin də gözü qanlı şəklini paylaşaraq 2018-ci il Dünya çempionatı zamanı teraktlar törədəcəyini diqqətə çatdırmışdı.
XalqTV.com
RƏYLƏR