idman
Qvardiolanın bacısı istefaya göndərildi - FOTO
İspaniya parlamenti Kataloniya əyalətinə müstəqillik verilməsini əngəlləyən Konstitusiyanın 155-ci maddəsini tətbiq etməyə razılıq verib.
Bu qərar muxtariyyətin birbaşa İspaniya hökuməti tərəfindən idarəsini nəzərdə tutur. Ona görə Kataloniyanın bütün xarici ölkələrdə yerləşən konsulları geri çağrılıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, bunların arasında Danimarkada fəaliyyət göstərən Danni Françeska Qvardiola da var. O, "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın bacısıdır. Danni Françeska bu vəzifədə 8 aydır ki çalışırdı.
XalqTV.com
/>
RƏYLƏR