"Barselona" və "Valensiya"dan səfər qələbəsi
Bu gün İspaniya La Liqasında X tura start verilib.
XalqTV.com-ın apasport.az-a istinadən məlumatına görə, turun ilk oyununda turnir cədvəlində sondan ikinci pillədə qərarlaşmış "Alaves" La Liqada keçirdiyi son 5 oyunu qələbə ilə başa vurmuş "Valensiya"nı qəbul edib.
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən "Atletiko" da bu gün meydana çıxıb. "Hindular" "Vilyarreal"ı qəbul edib. Bu, Dieqo Simeonenin təmsilçimizlə oyundan öncə keçirdiyi son matç olub. Madrid təmsilçisi bu matçdan 2 gün sonra "köhlən atlar"la qarşılaşacaq.
Lider "Barselona" isə bu gün Bilbaoda "Atletik"in qonağı olub.
"Real" isə bazar günü oynayacaq. "Kral klubu" "Jirona" səfərinə yollanacaq.
İspaniya La Liqası
X tur
28 oktyabr
"Alaves" - "Valensiya" - 1:2
Qollar: Aleksis, 49 - Zaza, 34, Rodriqo, 66
"Atletiko" - "Vilyarreal" - 1:1
Qollar: Korrea, 61 - Bakka, 81
"Atletik" - "Barselona" - 0:2
Qollar: Messi, 36, Paulinyo, 90+2
00:30 "Sevilya" - "Leqanes"
29 oktyabr
14:00 "Xetafe" - "Real Sosyedad"
18:15 "Jirona" - "Real"
20:30 "Eybar" - "Levante"
22:45 "Malaqa" - "Selta"
30 oktyabr
23:00 "Espanyol" - "Betis"
23:00 "Las-Palmas" - "Deportivo"
XalqTV.com