idman
Sevgilisi Reynaldoya: "Allah bizi pis insanlardan qorusun" - FOTO
"Allahın izni ilə biz həmişə bir yerdə olacağıq".
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bu fikirlər "Qarabağ"ın sabiq futbolçusu Reynaldonun sevgilisi Milena Tassiaya məxsusdur.
O, futbolçu ilə münasibətlərinin nə qədər güclü olduğunu açıqlayıb. Milena sosial şəbəkələrdən birindəki paylaşmasında Reynaldo ilə yaşadığı məhəbbətin əbədi olacağını qabardıb: "Sizin nə etməyinizdən asılı olmayaraq, bizim sevgimizi heç kim və heç nə ayıra bilməz. Bu məhəbbət hər şeyə qalib gəlir. Sənsiz necə yaşayacağımı belə bilmirəm. Səni sevirəm. Allah bizi qorusun, qısqanclardan və bədxah insanlardan".
Qeyd edək ki, Reynaldo hazırda Türkiyənin "Adanaspor" klubunda çıxış edir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR