idman

Azərbaycan yığması C səbətində

  • 28 Oct 2017
  • 285 baxış

17 yaşadək futbolçular arasında Avropa çempionatının 2018/19 mövsümünün püşkatmasının tarixi və səbətlər açıqlanıb.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, tədbir dekabrın 6-da baş tutacaq. 

İsveçrənin Nyon şəhərindəki püşkatma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Seçmə mərhələdə 52 yığma 13 qrupa bölünəcək. Bu komandalar reytinqinə görə indidən 4 səbətə ayrılıb. Azərbaycan U-17 yığması gücünə görə 3-cü olan C səbətində qərarlaşıb.

A qrupu: İspaniya, Hollandiya, Portuqaliya, Fransa, Şotlandiya, İtaliya, Rusiya, Belçika, Avstriya, Türkiyə, Serbiya, Bosniya və Herseqovina, Çexiya

B qrupu: Polşa, Xorvatiya, İsveç, Ukrayna, Yunanıstan, İsveçrə, İsrail, Slovenyia, Slovakiya, Macarıstan, Norveç, Uels, Danimarka

C qrupu: İslandiya, Gürcüstan, Azərbaycan, Belarus, Rumaniya, Kipr, Finlandiya, Bolqarıstan, Latviya, Farer adaları, Şimali İrlandiya, Monteneqro, Ermənistan

D qrupu: Albaniya, Makedoniya, Estoniya, Malta, Litva, Moldova, Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, San Marino, Cəbəllütariq, Andorra, Kosovo

Bu mərhələ 2018-ci il noyabrın 20-dək başa çatacaq. 13 qrupun hərəsindən iki ən yaxşı komanda, həmçinin üçüncü yer sahiblərindən daha yüksək nəticəyə malik 4 yığma elit-raunda vəsiqə əldə edəcək. İngiltərə və Almaniya isə birbaşa həmin mərhələdən yarışa qatılacaq.

Qeyd edək ki, yarışın final mərhələsi İrlandiyada baş tutacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR