idman

Azərbaycan millisi Çempionlar Liqasının qalibinə tapşırıla bilər

  • 28 Oct 2017
  • 242 baxış

Futbol üzrə Azərbaycan milli komandasına Roberto Di Matteo baş məşqçi təyin oluna bilər.

XalqTV.com  "Report"a istinadən bildirir ki, AFFA rəhbərliyi italiyalı mütəxəssislə əlaqə saxlayıb.
Di Matteoya yığmanın sükanı arxasında Robert Prosineçkini əvəzləməsi təklif olunub. Onun təklifə reaksiyası məlum deyil. Prosineçki ilə müqavilənin uzadılmayacağı oktyabrın 26-da açıqlanıb.
Qeyd edək ki, Roberto Di Matteo baş məşqçi karyerası ərzində ən böyük uğurunu İngiltərənin "Çelsi" komandasında ikən qazanıb. Onun rəhbərliyi altında "zadəganlar" 2011-2012 mövsümündə Çempionlar Liqasını qazanıblar. "Qarabağ"ın hazırkı rəqibi üçün bu titul qitənin ən nüfuzlu klub turnirində hələlik yeganədir. 47 yaşlı mütəxəssisin "Çelsi"dən sonra Almaniyanın "Şalke" (2014-2015) və İngiltərənin "Aston Villa" (2016) komandalarına da rəhbərlik edib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR