İqtisadiyyat
Bu sığorta şirkəti filial şəbəkəsini genişləndirir?
"Atəşgah" sığorta şirkətinin yaxın zamanlarda filial şəbəkəsini genişləndirmək niyyəti yoxdur.
XalqTV.com bildirir ki, bunu Trend-ə müsahibəsində şirkətin İdarə Heyətinin sədri Azər Əliyev deyib.
Onun sözlərinə görə, hazırda şirkətin ölkənin əsas şəhərlərində kifayət qədər filialları var.
Qeyd edək ki, "Atəşgah" sığorta şirkətinin Bakı, Sumqayıt, Xaçmaz, İsmayıllı, Mingəçevir, Şəki, Zaqatala, Qazax, Şəmkir, Gəncə, Bərdə, İmişli, Sabirabad, Salyan və Lənkəran şəhərlərində fililalları fəaliyyət göstərir.
XalqTV.com
RƏYLƏR