Bakı-2017: Stolüstü tennisçimiz gümüş medal qazandı - YENİLƏNİB
17:53
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, qadınların fərdi mübarizəsində təmsilçimiz Jinq Ninq finalda türkiyəli tennisçi Mələk Hu ilə qarşılaşıb.
M.Hu daha dəqiq oynayaraq qızıl medal qazanıb - 4:0 (13:11, 11:4, 12:10, 11:4).
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
----------
12:42
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, qadınların fərdi mübarizəsində təmsilçimiz Jinq Ninq yarımfinalda iranlı tennisçi Neda Şahsavari ilə qarşılaşıb.
J.Ninq daha dəqiq oynayaraq finala yüksəlib - 4:1 (11:5, 12:10, 9:11, 11:4, 11:3).
Digər təmsilçimiz Miao Vanq isə finala gedən yolda türkiyəli idmançı Mələk Huya məğlub olub - 1:4.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində