idman

UEFA "Qarabağ" və "Qəbələ"yə əlavə vəsait ayırdı

  • 27 Oct 2017
  • 261 baxış

UEFA 2016/2017-ci il mövsümündə Avropa Liqası turnirində əldə olunmuş əlavə gəlirdən "Qarabağ" və "Qəbələ" klublarına vəsait ayırıb.

XalqTV.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu klublar müvafiq olaraq, 294 452 avro və 294 344 avro qazanıblar. Vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada "Qarabağ" və "Qəbələ" klubunun hesabına köçürülüb.

Qeyd edək ki, hər iki klub ötən mövsüm Avroliqanın qrup mərhələsində mübarizə aparıb. 

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR