Siyasət

Aİ "Şərq tərəfdaşlığı"nın Brüssel bəyannaməsinin qəbulu zamanı kompromisin əldə olunacağına ümid edi

  • 26 Oct 2017
  • 277 baxış

Avropa İttifaqı (Aİ) noyabrın 25-də Brüsseldə keçiriləcək "Şərq tərəfdaşlığı" sammitində bəyannamənin qəbulu zamanı kompromisin əldə olunacağına ümid edir.

XalqTV.com bildirir ki, bunu Aİ Qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han Trend-in xüsusi müxbirinin 2015-ci il mayın 25-də "Şərq tərəfdaşlığı" proqramının iştirakçı ölkələrinin Riqa sammitinin bəyannaməsində Azərbaycanın narazılığına səbəb olan məqamların qarşıdakı Brüssel sammitində qəbul olunacaq bəyannamədə nəzərə alınıb-alınmayacağı ilə bağlı sualına cavabında deyib.

Qeyd edək ki, Riqa bəyannaməsinin mətni ilə bağlı əsas irad ondan ibarət idi ki, orada Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll edilməli olduğu göstərilməmişdi.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR