Siyasət

Poroşenkonun mükafatlandırdığı azərbaycanlı: "Bu, bütün azərbaycanlıların..."

  • 25 Oct 2017
  • 296 baxış

Ukrayna Milli Qvardiyasının Milli Qəhrəman, general S. Kulçiçski adına taborunun azərbaycanlı hərbçisi İsrafilov Vidadi Şəhriyar oğlu antiterror əməliyyatlarında xidmətlərinə görə prezident Pyotr Poroşenko tərəfindən mükafatlandırılıb.

XalqTV.com xəbər verir ki, V. İsrafilov APA-ya bildirib ki, "Antiterror əməliyyatlarında iştirakına görə" medalı ilə təltif olunması barədə prezident 2016-cı ilin dekabrında sərəncam imzalasa da, mükafat ona dünən təqdim olunub.
 
O qeyd edib ki, bu, ölkə rəhbərliyinin onun timsalında Ukraynada terror əleyhinə mübarizə aparanların xidmətinə verilən qiymətdir: "Bunu tək özümə yox, Ukraynada uğrunda döyüşən azərbaycanlıların, ümumiyyətlə, bütün döyüşçü yoldaşlarımın xidmətinə verilən qiymət kimi dəyərləndirirəm. Bir azərbaycanlı kimi bu mükafatın mənim üçün böyük əhəmiyyəti var".
 
1999-cu ildən Ukraynada yaşayan V. İsrafilov əslən Azərbaycanın Şəki rayonundandır.
 
O, indiyə qədər Ali Rada və komandanlıq tərəfindən də bir sıra mükafatlara da layiq görülüb. 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR