İqtisadiyyat
"Gələn il üçün proqnozu yerinə yetirə biləcəyik"
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu tam yerinə yetirmək niyyətindədir.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə DGK-nin sədri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, gələn il üçün gömrük daxilolmaları üzrə proqnoz 2,43 milyard manat təşkil edir:
"Bu, 2017-ci il üçün gömrük daxilolmaları üzrə proqnozdan 180 milyon manat çoxdur. Əgər bu günədək biz dövlət büdcəsinə 2,13 milyard manat keçirdiyimizi nəzərə alsaq, fikrimcə, gələn il üçün proqnozu yerinə yetirə biləcəyik".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR