Daha bir güləşçimiz QIZILA doğru - YENİLƏNİB
12:55
Daha bir sərbəst güləşçimiz İslamiadanın qızıl medalı uğrunda mübarizə aparacaq.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, yarımfinalda suriyalı idmançı Abdalh Kərimlə qarşılaşan Nurməhəmməd Hacıyev (97 kq) rəqibinə göz açmağa imkan verməyib - 9:0.
----------
12:05
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir güləşçimiz yarımfinala yüksəlib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, idmançımız Nurməhəmməd Hacıyev (97 kq) 1/4 finalda türkmənistanlı Yusup Melejayevlə üz-üzə gəlib.
Güləşçimiz rəqibinə vaxtından əvvəl qalib gəlib - 11:1.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində