Siyasət
"Deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri araşdırılır"
Meksika parlamentində Ermənistanla dostluq qrupun rəhbəri Cuata Dominqez Blanca Marqarita, həmin qrupun üzvü Garcia Bravo Maria Cristina Teresa və onları müşayiət edən digər şəxsin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır.
XalqTV.com xəbər verir ki, bu barədə Trend-ə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O qeyd edib: "Bu xüsusda, Azərbaycan Respublikasının Meksikadakı səfirliyinə də müvafiq təlimat verilib".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR