İqtisadiyyat

İran Türkmənistan qazının Azərbaycana nəqlindən imtina edəcək?

  • 24 Oct 2017
  • 333 baxış

İranın milli qaz şirkətinin direktoru və neft nazirinin müavini Həmid Rza Əraqinin Türkmənistan qazının İran üzərindən Türkiyəyə ixrac edilməsini dəstəkləmədiyi barədə açıqlaması Azərbaycana şamil olunmur.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, hazırda Azərbaycan Türkmənistan qazını İran üzərindən alır.

Məlumatda qeyd olunur: "H.R.Əraqi xüsusilə vurğulayıb ki, İranın bu qərarı Azərbaycana şamil olunmur və Türkmənistan qazının İran vasitəsilə Azərbaycana nəqli davam edəcək. Azərbaycan tərəfi SOCAR-ın qaz anbarlarının kommersiya potensialından tam yararlanmaq məqsədi ilə, əsasən yay aylarında aşağı qiymətlə xaricdən əlavə qaz həcmlərini idxal edir, qiymətlərin daha yüksək olduğu qış mövsümündə isə xaricdən idxal olunmuş bu qaz həcmlərini ixrac etməklə əlavə gəlir əldə edir".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR