İlin ən bahalı selfisi: Neymar gecəyə Messinin "kostyum"unda gəldi - FOTOFAKT
FİFA 2017-ci il yığmasının tərkibinə daxil olan futbolçuların adlarını açıqlayıb.
XalqTV.com xəbər verir ki, bu, təşkilatın Londonda keçirilən təntənəli mükafatlandırma mərasimində elan edilib.
FİFA-nın 2017-ci il yığmasının tam heyəti aşağıdakı kimidir:
- qapıçı: Canluici Buffon ("Yuventus");
- müdafiəçilər: Dani Alves ("Pari Sen-Jermen"), Leonardo Bonuççi ("Milan"), Serxio Ramos və Marselo (hər ikisi "Real Madrid");
- yarımmüdafiəçilər: Luka Modriç, Toni Kroos (hər ikisi "Real"), Andres İnyesta ("Barselona");
- hücumçular: Neymar ("Pari Sen-Jermen"), Lionel Messi ("Barselona"), Kriştianu Ronaldu ("Real")
Həmin gecədə ən diqqət çəkən məqamlardan biri ilin 11-liyin selfisi olub. Lakin gecəyə daha bir detal damğasını vurub. Belə ki, bu sezondan "Barselona"nı "PSJ"-yə dəyişən Neymar keçmiş komanda yoldaşı Messinin "Qızıl top" mükafatlandırma mərasimlərində geyindiyi bordo rəngli kostyumla diqqət çəkib.
Təhməz Təkin
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində