Siyasət

Kriştianu Ronaldu ilin ən yaxşı futbolçusu seçilib

  • 24 Oct 2017
  • 264 baxış

İspaniyanın "Real Madrid" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu "FİFA" versiyası ilə ilin ən yaxşı futbolçusu seçilib. Mükafatladırılma mərasimi Londonda keçirilir.

XalqTV.com  Trend-ə istinadən bildirir ki,  Ronaldu 2016-17 mövsümündə İspaniya "La Liqa"sının çempionu, Çempionlar Liqasının qalibi, İspaniya və "UEFA" Superkubokunun qalibi olub. Bundan əlavə portuqaliyalı hücumçu Çempionlar Liqasında 13 oyuna 12 qol vuraraq turnirdə mövsümün ən çox qol vuran oyunçusu olub.

"FİFA" versiyası ilə Ronaldu ötən ildə ən yaxşı futbolçu adına layiq görülüb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR