idman

"Mançester Yunayted" 20 yaşlı futbolçu ilə maraqlanır

  • 24 Oct 2017
  • 253 baxış

Daha bir gənc istedad "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, ingilislər "Valensiya"nın mərkəz müdafiəçisi Karlos Soleri izləyir. "Qırmızı şeytanlar" 20 yaşlı futbolçuya görə 33 milyon avro ödəməyə hazırdır. Soler karyerasınınsın illərini keçirən Maykl Kerrikin əvəzedicisi kimi nəzərdən keçirilir.

Gənc futbolçunun "Valensiya" ilə müqaviləsi 2021-ci ilin yayənda başa çatacaq. Onun buraxılış qiyməti 83 milyon avro təşkil edir. Ehtimal olunur ki, maliyyə sıxıntıları səbəbindən "yarasalar" Soleri daha ucuz qiymətə satmağa razı olacaq. Bu mövsüm İspaniya Primerasında 9 oyun keçirən müdafiəçi 1 qol, 4 məhsuldar ötürmənin müəllifidir.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR