idman
Bonuççi "Yuventus"la oyunu buraxmalı olacaq
"Milan"ın kapitanı Leandro Bonuççi sabiq klubu "Yuventus"la oyunu buraxacaq.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, A Seriyasının 9-cu turunda "Cenoa" ilə oyunda (0:0) meydandan qovulan təcrübəli müdafiəçi 2 oyunluq cəzalandırılacaq. Cəzanın səbəbi onun rəqibi Aleandro Rozini dirsəklə qəsdən vurmasıdır.
Bununla da, Bonuççi "Kievo" (25 oktyabr) və "Yuventus"la (28 oktyabr) oyunlarda komandasına kömək edə bilməyəcək.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR