idman

Boriello mərcdə Vierini uddu

  • 19 May 2017
  • 252 baxış

"Kalyari"nin hücumçu Marko Borielle yaxın keçmişin məşhur futbolçusu Kristiano Vieri ilə mərci udub.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Boriello bu mövsüm 15 qol həddini keçəcəyini iddia edib və mərcdə qalib gəlib. O, A Seriyasında 16, İtaliya Kubokunda isə 4 qol vurub. Boriello mərcdə udduğu pullara ölkənin 3 regionu - Neapol, Norçi və Sardiniya adaları üçün ürəyin elektrik masajı aparatları (defibilyator) alıb. Sardiniya adaları ötən il zəlzələdən ziyan görmüşdü.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR