İqtisadiyyat

Nazir müavinindən metanol zavodu ilə bağlı açıqlama

  • 23 Oct 2017
  • 336 baxış

Azərbaycan Dövlət Neft Şirkətinin metanol zavodu 2017-ci il üzrə istehsal planını 100 faiz yerinə yetirib.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi və "SOCAR Methanol" tərəfindən təşkil edilmiş "Sənayenin inkişafı: təkrar emal sahələrinə dəstək" adlı tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O qeyd edib ki, oktyabrın 23-dək bu planın tam yerinə yetirilməsi çox yaxşı göstəricidir.

Qeyd edək ki, metanol zavodunun 2017-ci il üçün istehsal planı 250 min ton təşkil edib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR