Siyasət
Elmar Məmmədyarov İtaliyaya səfər edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya işgüzar səfər edib.
XalqTV.com xəbər verir ki, bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, E.Məmmədyarov 24-25 oktyabr tarixlərində ATƏT-in Aralıq Dənizi Tərəfdaşlığı naminə Əməkdaşlıq proqramı çərçivəsində təşkil olunan "Aralıq Dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq" adlı konfransda iştirak etmək üçün İtaliyaya işgüzar səfər edib.
Tədbir çərçivəsində nazir E.Məmmmədyarovun çıxışı və bir sıra rəsmilərlə ikitərəfli görüşləri nəzərdə tutulub.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR