idman

""Milan"ın oyunlarını izləmirəm və yenidən orda oynamayacam"

  • 23 Oct 2017
  • 240 baxış

Karyerasını "Nice" klubunda davam etdirən Mario Balotelli bu mövsüm A Seriyasında çempionluq mübarizəsi aparan klublar haqqında fikir bildirib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu bunları deyib:

"İnter"ə qayıtmaq fikri ağlımdan keçməyib. "Milan"ın oyunlarını izləmirəm və yenidən orda oynamayacam. Faktiki olaraq "Yuventus"a transfer edilməli idim. Bu, "rossoneri"yə keçməzdən əvvəl olmuşdu. Öncə Turin klubunun nümayəndələri ilə danışdım. Daha sonra "Milan"ı seçdim. Çünki onların azarkeşi idim və Adriano Qalliani ilə yaxşı münasibətim vardı. "Roma" yaxşı komandadır. "Napoli"də isə oynamaq istərəm. Onların bir-birini gözəl başa düşən hücum triosu var. Ümid edirəm, Neapol təmsilçisi skudettonu qazanar. Düzü, titulu "Yuventus" və "İnter"in qazanacağını gözləyirəm.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR