idman

"Beşiktaş"ın hücumçusu qiymətini artırmaqda davam edir

  • 23 Oct 2017
  • 237 baxış

"Beşiktaş"ın hücumçusu Cenk Tosunun cari mövsüm məhsuldar oyunu Avropanın "Böyük beşlik" klublarının diqqətini cəlb edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Crystal Palace"in ardından "Milan" skautları da Cenkin oyunlarını izləməyə başlayıb. London klubu mövsümün əvvəlində türk forvardın transferinə 12.5 milyon avro təklif etmiş, ancaq rədd cavabı almışdı. Bundan sonra özünü yaxşı tərəfdən göstərən futbolçunun qiyməti artıq 25 milyon avroya çatıb.

2016/17 mövsümündə Vensan Abubakarın varlığına baxmayaraq 47 oyuna çıxan Cenk 24 qol və 5 məhsuldar ötürmə ilə yadda qalmışdı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR