idman

Aviaqəzadan sağ çıxan "Chapecoense"nin qapıçısı evləndi - FOTO

  • 23 Oct 2017
  • 221 baxış

"Chapecoense" klubunun sabiq qapıçısı Cekson Folmann faciədən 11 ay sonra evlənib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, onun toyunda aviqəzadan sağ çıxan 2 futbolçu - Alan Ruşel və Neto da iştirak edib. Qəzada ayaqlarını itirən Folmann mərasimi 2016-cı il 16 dekabra planlaşdırsa da, məlum səbəbdən toy təxirə salınmışdı.

2016-cı il 29 noyabrda "Chapecoense" futbolçuları daxil olmaqla 77 nəfəri daşıyan təyyarə Kolumbiyanın Medelyin şəhəri yaxınlığında qəzaya uğramış və cəmi 6 nəfərin həyatı xilas olunmuşdu.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR