idman
Neymar və PSJ-nin baş məşqçisi arasında mübahisə yaşanıb
Neymar PSJ-nin baş məşqçisi Unay emeri ilə mübahisə edib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, konflikt komandanın oktyabrın 20-də baş tutan məşqinə təsadüf edib. Braziliyalı hücumçu Çempionlar Liqasında "Anderlext"ə qarşı matçda (3:0) forma geyinmiş futbolçular üçün məşqin erkən başa çatmasına etiraz edib. "Sambaçı" məşqi davam etdirmək istəsə də, Emeri buna razı olmayıb. Neymar ona tabe olsa da, narazılığını topa əsəbi şəkildə zərbə vurmaqla nümayiş etdirib. "L`Equipe" nəşrinin məlumatına görə mübahisəni 5 qat NBA çempionu Kobe Brayant görüb. O, Paris klubunun məşqini izləməyə gəlibmiş.
XalqTV.com
RƏYLƏR