idman

Ançelotti "Lester"də işləməkdən imtina etdi

  • 21 Oct 2017
  • 232 baxış

"Lester Siti" klubunun rəhbərliyi Kreyq Şeksprin istefasından sonra baş məşqçi postuna yeni mütəxəssis axtarışı ilə məşğuldur.

XalqTV.com  "Report"a istinadən bildirir ki, bu posta namizədlərdən biri cari ilin may ayından "Sauthempton"dan istefaya göndərilən fransalı məşqçi Klod Püeldir.
Tərəflərin yaxın vaxtlarda müvafiq danışıqlar aparacaqları gözlənilir.
"The Telegraph" nəşri yazır ki, klub rəhbərliyi "Bavariya"dakı işini itirən italiyalı mütəxəssis Karlo Ançelotti ilə əlaqə saxlayıb, lakin o, "Lester Siti"nin məşqçilər qərargahına rəhbərlikdən imtina edib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR