Çempionlar Liqasında ötən mövsüm üçün klubların gəliri açıqlandı
UEFA ötən mövsüm Çempionlar Liqasında çıxış edən klubların gəlirini açıqlayıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, ən çox qazanan "Yuventus" olub. "Qoca senyora" 110.43 milyon avro əldə edib.
İkinci yerdə "Lester Siti"dir. 2016-cı ilin İngiltərə çempionu büdcəsini 86.68 milyon avro zənginləşdirib. Turnirin son qalibi "Real Madrid" 81.05 milyon avro gəlirlə 3-cü yerdədir.
Türkiyə çempionu "Beşiktaş" ötən mövsüm qrupdan çıxmasa da, 33.80 milyon avro qazanıb. Qrup mərhələsində iştirak edən klublardan ən az gəlir "Dinamo Zaqreb"in payına düşüb - 16.98 milyon avro. 2016/17 mövsümündə "Qarabağ"ın qarşısını kəsən, pley-offda isə özü də uduzan "Viktoria Plzen"in hesabına 3 milyon avro köçürüləcək.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində