idman
FİVB-dən Azərbaycana növbəti etimad
Sabah Bakıda voleybol məşqçilərinin seminarı öz işinə başlayacaq.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, seminarda iştirak edəcək mütəxəssislər FİVB-nin I dərəcəli məşqçi sertifikatına yiyələnəcəklər.
Tədbir Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə əməkdaşlığı ilə keçiriləcək. Seminar FİVB tərəfindən göndərilən türkiyəli mütəxəssis Nejat Sancak tərəfindən aparılacaq. Beynəlxalq qurumun növbəti etimadı əsasında baş tutacaq kurslarda 31-ə yaxın məşqçinin iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, AVF seminarın keçirilməsi üçün texniki tərəfdən köməklik edəcək.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR