idman

Məşhur ispan nəşri "Qarabağ"ı erməni klubu adlandırdı - FOTO

  • 20 Oct 2017
  • 247 baxış

İspaniyanın məşhur "Mundo Deportivo" idman nəşri kobud səhv buraxıb.

XalqTV.com oxu.az-a istinadən xəbər verir ki, nəşr "Atletiko"nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"ı "erməni klubu" adlandırıb.

""Çolo"nun uşaqları ("Atletiko"nun baş məşqçisi Dieqo Simeonun ləqəbi - qeyd.) ötən gecə erməni "Qarabağ"ına qarşı oynadı - hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü. Ancaq "Atletiko" qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını məyus etdi", - yazıda bildirilir.

Xatırladaq ki, "Qarabağ"-"Atletiko" matçı - çərşənbə günü Bakı Olimpiya Stadionunda oynanılıb və qolsuz bərabərliklə yekunlaşıb.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR