CSKA və Akinfeyev üçün "unudulmaz" oyun
Çempionlar Liqasının qrup mərhələsində "Basel"i qəbul edən CSKA 0:2 hesabıla uduzub. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, oyun ərzində "ordu klubu"nun rəqib qapısına 1 dəqiq zərbəsi belə qeydə alınmayıb. Sonuncu dəfə analoji statistika 2017-ci il martın 4-də özünü göstərmişdi. Viktor Qonçarenkonun baş məşqçi kimi debüt oyununda (0:0) CSKA "Zenit"in qapı çərçivəsinə dəqiq zərbə endirməmişdi.
Bu oyunda çərçivəni qoruyan Moskva klubunun qapıçısı İqor Akinfeyev özünəməxsus olan antirekordu daha da təkmilləşdirib. Belə ki, əlcək sahibi ÇL-in final mərhələsində meydana çıxdığı ardıcıl 42-ci oyunda da qapısından qol buraxıb. O, sonuncu dəfə 2006-cı il noyabrın birində səfərədə "Arsenal"la qarşılaşmada (0:0) qol buraxmadan meydançanı tərk etmişdi.
XalqTV.com