idman
Zədəli futbolçu milliyə dəvət alıb
"Liverpul"un zədəli hücumçusu Sadyo Mane Seneqal millisinə dəvət alıb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, diz bağlarında problemlər olan hücumçu CAR-la 10 və 14 noyabrda keçiriləcək oyunlara görə millinin düşərgəsinə çağrılıb.
"Mənim fikrimcə, Mane CAR-la oyuna qədər tam hazır olacaq. Bura qədər fərdi proqramla məşq edirdi. Amma növbəti həftədən topla çalışmalara başlayacaq" - Seneqalın baş məşqçisi Aliu Sisse deyib.
Mane DÇ-2018-in seçmə mərhələsində Kabo-Verde ilə oyunda (2:0) zədələnmişdi. "Liverpul"un məşqçilər korpusu onun 6 həftə meydana çıxmayacağını bildirmişdi.
XalqTV.com
RƏYLƏR