Siyasət

Avropa Parlamentində erməni təxribatının qarşısı alınıb

  • 20 Oct 2017
  • 250 baxış

18-19 oktyabr 2017-ci il tarixində Brüsseldə erməni diasporunun təşkilatçılığı ilə Avropa ermənilərinin 4-cü "konqresi" keçirilib.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, konqres çərçivəsində Avropa Parlamentinin binasında keçirilən sessiya zamanı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın ərazisi Dağlıq Qarabağda yaradılan qondarma rejim "nümayəndələri"nin iştirakı ilə təxribat törədilməsi nəzərdə tutulurdu.

İşğalçı rejimin "başçısı" Bako Saakyanın əlaltıları ilə Brüsselə gəlməsinə və "konqres"də iştirak etmək cəhdlərinə baxmayaraq, atılan addımlar nəticəsində qondarma rejim "nümayəndələri"nin Avropa Parlamenti binasında keçirilən tədbirdə iştirakının və çıxışının qarşısı alınıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR