İqtisadiyyat

Bakıda sahibsiz bağlardan yığılan zeytun hara gedir?

  • 19 Oct 2017
  • 350 baxış

Bakıda və Abşeron yarımadasında yol kənarlarında olan sahibsiz zeytun bağlarından fərdi şəxslər tərəfindən yığılan zeytun "Azərsun" Holdinqin qəbul məntəqələrinə təhvil verilir.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bu barədə "Azərsun" Holdinqin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afiq Səfərov məlumat verib.

Qurum rəsmisi bildirib ki, Bakı və Abşeron yarımadasındakı sahibsiz zeytun bağlarından yığılan zeytun "Azərsun" Holdinq tərəfindən qəbul edilir: "Bizim öz zeytun bağlarımız da var. Oradan da, sahibsiz bağlardan yığılan zeytunu da qəbul edirik. Bunun üçün qəbul məntəqələrimiz var. Vətəndaşları təqdim etdikləri seytun standartlara cavab verdiyi halda, onu qəbul edib istehsala göndəririk".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR