idman

İvitsa Oliç yenidən Xorvatiya millisində

  • 19 Oct 2017
  • 231 baxış

"Bayern Münhen"in sabiq futbolçusu İvitsa Oliç məşqçilik karyerasına başlayıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəsis Xorvatiya millisinin məşqçilər korpusuna daxil edilib. məlumatı Xorvatiya Futbol Federasiyası yayıb. Oliç baş məşqçi səlahiyyətlərini icra edən Zlatko Daliçə kömək edəcək.

"Yenidən Xorvatiya millisinin bir parçası olmaq mənə xoşdur. Daliçə göstərdiyi etimada görə təşəkkür edirəm. Ümumi məqsədə çatmaq üçün əlimdən gələni edəcəm".

Oliç futbolçu karyerasını cari mövsümün əvvəlində başa vurub. Onun son olaraq şərəfini qoruduğu "Munchen 1860" 2-ci Bundesliqada yerini qoruya bilməyəndən sonra xorvat hücumçu butslarını mismardan asmağa qərar vrmişdi. O, millinin heyətində 104 oyun keçirib.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR