idman
Şimali İrlandiyanın baş məşqçisi təqsirini etiraf edib
DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olmuş Şimali İrlandiyanın baş məşqçisi Maykl O`Nil cəzalandırıla bilər.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəsis 2016-cı il sentyabrın 10-da sərxoş vəziyyətdə sükan arxasına əyləşdiyini etiraf edib. Məhkəmə oktyabrın 19-da baş tutub. Əlavə məlumat verilmir.
O`Nil 2012-ci ildən Şimali İrlandiya millisini çalışdırır. Komanda mundiala vəsiqə qazanmaq üçün pley-off oyunlarında İsveçrəni mübarizədən kənarlaşdırmalıdır. Oyunlar 9 və 12 noyabrda keçiriləcək.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR