idman

"Atletiko" ilə matçda "Qarabağ"ın baş məşqçisi Aftandil Hacıyev idi

  • 18 Oct 2017
  • 252 baxış

"Qarabağ"ın 19 yaşlılardan ibarət komandası bu gün "Azərsun Arena"da "Atletiko"lu  həmyaşıdlarını qəbul edib.

XalqTV.com qol.az-a istinadən xəbər verir ki, qonaqların qalib gəldiyi oyunda (5:1) təmsilçimizi meydana baş məşqçi Rəşad Sadıqov yox, "Qarabağ"ın əvəzedici komandasının çalışdırıcısı Aftandil Hacıyev çıxarıb.

Qeyd edək ki, Sadıqov bir neçə gün öncə verdiyi açıqlamada bildirmişdi ki, "Atletiko"nun əsas komandası ilə görüşdə start heyətində meydana çıxacağı təqdirdə  19 yaşlılardan ibarət komandanı bir oyunluq Aftandil Hacıyevə həvalə edəcək.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR