İqtisadiyyat
Azərbaycan Xəzərdə kruizlərin təşkili üçün Rusiya ilə danışıqlara başladı
"Azərbaycan Xəzər dənizində kruizlərin təşkili üçün Rusiya tərəfi ilə danışıqlara başlayıb".
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.
N.Səmədov bildirib ki, bu məsələ ilə bağlı ən böyük problem laynerlərin olmamasıdır:
"Hazırda Rusiya tərəfindən 2 layner tikilir. Digər Xəzəryanı ölkələr gələcəkdə bu layihəyə qoşulmaq istəsə də, artıq Rusiya ilə Azərbaycan arasında belə bir kruizin təşkili ilə bağlı ilkin razılıq əldə edilib".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR