idman

Xanım azarkeş Ronaldu ilə gün keçirmək üçün 32 min dollar ödəyib

  • 18 Oct 2017
  • 246 baxış

Amerikanın Kaliforniya ştatından olan qız İspaniyanın "Real" klubu və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldunun xeyriyyə fonduna ulduz futbolçu ilə bir gün keçirmək üçün 32 min dollar vəsait ödəyib.

XalqTV.com report.az-a istinadən bildirir ki, xanım azarkeş həmçinin "Real"ın İspaniya çempionatında keçirəcəyi iki ev oyununa bilet əldə edib.

Qız, o cümlədən komandanın məşqinə baxa və Ronaldudan avtoqraf ala biləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR