DÇ-2018: İsveç İtaliyaya, Yunanıstan Xorvatiyaya rəqib oldu - YENİLƏNİB
16:20
Bu gün DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.
XalqTV.com Trend-ə istinadən bildirir ki, püşkatmanın nəticəsinə əsasən bu mərhələdə Şimali İrlandiya İsveçrə ilə, Xorvatiya Yunanıstan, Danimarka İrlandiya, İtaliya isə İsveçlə münasibətlərinə aydınlıq gətirəcək.
Pley-off mərhələsinin ilk oyunları noyabrın 9-11-də, cavab qarşılaşmaları isə 12-14-də keçiriləcək.
-----------
10:44
Bu gün DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılacaq.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, seçmə mərhələdə qrup ikincisi olan komandalar arasında ən yüksək göstəriciyə malik 8 yığma 4 vəsiqə uğrunda mübarizədəki son rəqibini tanıyacaq.
4 cüt təşkil edəcək komandalar püşk ərəfəsində iki səbətə bölünüb. FİFA reytinqində daha yüksək pillələrdə olan İsveçrə (11-ci), İtaliya (15-ci), Xorvatiya (18-ci) və Danimarka (19-cu) milliləri səpələnmişlər sırasında yer alıblar. Bu yığmalar Şimali İrlandiya (23-cü), İsveç (25-ci), İrlandiya (26-cı) və Yunanıstan (47-ci) komandalarından biri ilə görüşəcək.
İsveçrənin Sürix şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları noyabrın 9-11-də, cavab qarşılaşmaları 12-14-də keçiriləcək.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində