idman

"Ümid edirəm ki, dünya çempionatında 1/4 finala çıxa biləcəyik"

  • 17 Oct 2017
  • 241 baxış

"Bayern Münhen"in yarımmüdafiəçisi Xames Rodriqez 2018-ci il dünya çempionatında Kolumbiya millisinin şanslarını dəyərləndirib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 26 yaşlı havbek bunları deyib:

"Dünya çempionatına vəsiqə qazanmaq əsas hədəf idi. Bunlar məni Dünya kubokuna yaxınlaşdırdı. Çətin olsa da, arzulamaq qadağan deyil.

Ən yaxşı qolumu 2014 mundialında Uruqvayın və DÇ-2018-in seçmə mərhələsində Perunun qapısına vurmuşam. Rusiyada 2 dəfə olmuşam. Hər iki halda hava soyuq idi. Ümid edirəm ki, dünya çempionatında 1/4 finala çıxa biləcəyik. Turnirdə özümü yaxşı tərəfdən göstərmək istəyirəm".

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR