Siyasət
İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Sooronbay Jeenbekovu təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Sooronbay Jeenbekova təbrik məktubu ünvanlayıb.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Jeenbekov,
Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".
XalqTV.com
RƏYLƏR