idman

Millimiz üçün təsəlli oyun - Bu gün

  • 16 Oct 2017
  • 255 baxış

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, 11-ci qrupda mübarizə aparan U-17 millimiz son oyununa çıxacaq. Bundan öncə keçirdiyi qarşılaşmalarda İrlandiyaya 0:6, Ukraynaya isə 1:6 hesabıyla uduzan yığmamız Boqlarıstanla matça təsəlli üçün çıxacaq.

Bolqarlar da millimizlə oxşar vəziyyətdədi. Balkanlılar da qrupda keçirdiyi hər iki oyunu məğlubiyyətlə başa vurub. Sadəcə, millimizdən fərqli olaraq, rəqib bu oyunlarda daha kiçik hesabla (hər iki matçda 0:3) uduzub.

Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Avropa çempionatının seçmə mərhələsi (U-17)

16 oktyabr

19:30 Azərbaycan - Bolqarıstan

1. İrlandiya - 6, 2. Ukrayna - 6, 3. Bolqarıstan - 0, 4. Azərbaycan - 0.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR