Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında idmançıların mükafatlandırma mərasimində işti
19:24
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşçilərinin yarışında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, 66 kq çəki dərəcəsində qalib gələn güləşçilərə medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.
Bu çəki dərəcəsində idmançımız Kamran Məmmədov birinci olub.
Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
-------------
18:06
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 60 kq çəki dərəcəsində mübarizə aparan boksçuların mükafatlandırma mərasimi keçirilib.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, mükafatlandırma mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev qaliblərə medalları təqdim edib.
Bu çəkidə dünya çempionumuz Cavid Çələbiyev birinci olub.

XalqTV.com