idman
Güləşçimizdən növbəti qızıl
Azərbaycanın yunan-Roma güləşçisi Kamran Məmmədov (66 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb.
XalqTV.com Trend-ə istinadən bildirir ki, qızıl medal uğrunda mübarizədə idmançımızın rəqibi Qırğızıstan təmsilçisi Janat Kilbayev olub. Güləşçimiz rəqibinə 9:0 hesabı ilə vaxtından əvvəl qalib gələrək yunan-Roma güləşindən ölkəmizə növbəti qızıl medalı qazandırıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR