"10 min dollar cərimədən xəbərim yoxdur"
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Qəbələ"nin futbolçusu Stiven Jozef-Monroz Topaz Premyer Liqasının VIII turunda səfərdə "Sumqayıt" üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.
- "Qəbələ"nin bugünkü oyunundan razı qaldınız?
- Əsas olan qələbə idi. Sumqayıtda oynamaq çətindi. Buna baxmayaraq, səfərdən 3 xalla dönürük.
- Mütəxəssislər komandanızın hazırda göstərdiyi oyunun çempion olmağa ümid vermdəyini sayır. Bununla razısınız?
- Necə olacağını əvvəldən demək olmaz. "Qəbələ" ötən mövsüm 1-ci yerdə getsə də, sonda çempion ola bilmədi. İndi də uğurlu nəticə üşün əlimizdən gələni edirik, öz oyunumuzu oynayırıq.
- "Neftçi" ilə oyundan dərhal sonra komanda yoldaşınla Ruslan Qurbanovla aranızda baş verən insident barədə nə deyə bilərsiniz? Həmin olaydam sonra nə dəyişib?
- Bu məsələnin öz aramızda qalmasını üstün tuturam. Bu, ailəmizdə olan problem idi. İndi hər şey yaxşıdı.
- Klub rəhbərliyinin bu hadisəyə görə sizi 10 min dollar cərimələməsi doğrudu?
- Belə suallara cavab vermirəm. Cərimə haqqında mənə heç bir xəbər gəlməyib.
- Çempionluq yolunda əsas rəqibiniz "Qarabağ"ın "Atletico" ilə oyununu tribunadan izləyəcəksən?
- Həmin vaxt Qəbələdə olacağıq. Oyuna gəlib-gəlməyəcəyimizi bilmirəm. "Qarabağ" Azərbaycanın komandasıdır, bol şans, uğurlar diləyirəm.
- Fransa yığmasında oynamısan. "Atletico"nun futbolçusu olan həmyerliniz Antuan Qrizmannla münasibətin var?
- Fransa millisinindən bəzi oyunçuları tanıyıram. Hərənin öz həyatı var. Bu, sadəcə tanışlıqdır.
XalqTV.com