"Azərbaycan artıq dünyada beynəlxalq tədbirlər keçirən ölkə kimi tanınır"
"Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını keçirməklə dünyaya daha bir mesaj göndərdi".
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu İslamiadanın azərbaycanlı qaliblərinin mükafatlandırma mərasimində iştirak edən millət vəkili Hadı Rəcəbli deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan bir daha sübut etdi ki, sülhsevər, idmansevər və əminaman dövlətdir: "Azərbaycan sübut etdi ki, həmrəylik sevən, qonaqpərvər dövlətdir. Bu il Azərbaycanda "Həmrəylik ili" elan olunub. Azərbaycan artıq dünyada beynəlxalq tədbirlər keçirən ölkə kimi tanınır".
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində